Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb
İdman 128

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.

Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha güclü olan Qazaxıstan (7:6) millisi Azərbaycanı yarışdan kənarlaşdırıb.

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib - 3:1.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər