Azərbaycan millisi Avropa çempionatında bu gün final matçına çıxacaq
14
iyl
2024
10:27
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.
Komanda Kipr yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.
Oxşar xəbərlər
Azərbaycanın basketbol milliləri Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaq
Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşlərinə çıxacaqlar. BAKU.WS repo...