Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" matçında qalib müəyyənləşdi

Azərbaycan Kuboku: Qarabağ - Qəbələ matçında qalib müəyyənləşdi
İdman 104

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Asif Məmmədov hesabı açıb. 16-cı dəqiqədə İsmayıl İbrahimli bərabərlik qolunu vurub. 87-ci dəqiqədə İbrahima Vadji Ağdam təmsilçisini önə keçirib. 90+3-cü dəqiqədə isə Kadi Borges penaltidən fərqlənib.

Komandalar arasındakı cavab qarşılaşması aprelin 29-da "Azersun Arena"da olacaq.

Qeyd edək ki, günün digər oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər