Azərbaycan klubu "Barselona"nın sabiq futbolçusunu heyətinə qatdı

Azərbaycan klubu Barselonanın sabiq futbolçusunu heyətinə qatdı
İdman 410

"Sabah" İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu barədə rəsmi "Facebook" hesabından paylaşım edib.

Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb. Müqavilə ilə Polşa "Yagelloniya"sına məxsus olan ispaniyalı oyunçunun icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Xuan Kamara 2014-2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016-2018-ci illərdə isə əsas komandasında çıxış edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər