Azərbaycan karateçisi Türkiyədə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb
23
avq
2025
13:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan karateçisi Çingiz Abbasov Türkiyənin İstanbul şəhərində keçirilən "Uluslararası Marmara Cup Turnuvası" beynəlxalq yarışında qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, 22 kq çəki dərəcəsində (6-7 yaş kateqoriyası) mübarizə aparan təmsilçimiz həlledici mərhələdə yerli idmançıya qalib gəlib.
Qeyd edək ki, 28 ölkədən 1837 karateçinin iştirak etdiyi turnirdə Azərbaycanı 67 idmançı təmsil edir. Uşaqlar, gənclər yeniyetmələr və böyüklər arasında baş tutan yarışa avqustun 24-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...