Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb

11
iyn
2024
20:59
Azərbaycanın gənc və yeniyetmələrdən ibarət karateçiləri Gürcüstanda keçirilmiş ”Open Georgia” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.
Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. İdmançılarımız məşqçilər - Əbülfət Qarayev, Vüsal İsrafilov, Siyavuş Bayramov, Rüstəm Əkbərov, Mais Mədətov və Tərlan Cavadovun rəhbərliyi altında qüvvəsini sınayıb.
Yarışda ölkəmizi hakim qismində Vüqar Kərimov təmsil edib.
Oxşar xəbərlər
Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və...
