Azərbaycan idmançılarının martın 1-nə olan reytinq cədvəli açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan idmançılarının 2026-cı il martın 1-nə olan reytinq cədvəli açıqlanıb.
Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Siyahıya yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (430 xal) isə üçüncü pillədə qərarlaşıb.
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal) Murad Əhmədiyev (yunan-Roma güləşi, 320 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Arseniy Djioyev sərbəst güləş, 320 xal), Osman Nurmaqomedov (sərbəst güləş, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...