Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın sərbəst güləşisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkieviçə qalib gəlib.
Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Oxşar xəbərlər
Eldəniz Əzizli ikinci dəfə dünya çempionu oldu, Ülvi Qənizadə gümüş medal qazandı - YENİLƏNİB
Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib. BAKU.WS Report-a istinadl...