Azərbaycan güləşçiləri U-17 Avropa çempionatına 3 medalla start veriblər

Azərbaycanın sərbəst güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatına 3 medalla start veriblər.
BAKU.WS xəbər verir ki, bu gün 5 çəkidə qaliblər müəyyənləşib.
Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Rəvan Avropa çempionu olub.
Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimalhesablı (3:2) qələbə qazanan Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tunar Nəsibov (65 kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeni "tuş"la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli İsmayıl Mertkolluya 2:4 hesabıyla məğlub olub.
Hakim Tağıyev (110 kq) bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhasdan güclü olub – 2:0.
Beləliklə, millimiz yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çempionluq yolunda inamlı addım atıb.
Qalereya
Oxşar xəbərlər
Xudadar Həmidov Dünya Çempionatında iki medal qazandı
İspaniyanın Tarragona əyalətinin Salou şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Dünya Çempionatının ilk günü Azərbaycan komandası üçün uğurlu nəti...
