Azərbaycan derbisində dava: İki futbolçu meydandan qovuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının XV turunun "Qarabağ" - "Neftçi" oyununda xoşagəlməz hadisə yaşanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, matçın 72-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kevin Medina ilə qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane arasında dava düşüb.
Rəqibini vuran Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca isə Kane ikinci sarı vərəqəni görərək, komandasını azlıqda qoyub.
İlk hissədə isə "Neftçi"nin müdafiəçisi Ömər Buludov qırmızı vərəqə görüb.
Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab flaqmanın xeyrinədir - 2:1.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...