Azərbaycan çempionu: "Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı"

Azərbaycan çempionatında hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı.
"Report" xəbər verir ki bunu şahmat üzrə Azərbaycan çempionatının qalibi Günay Məmmədzadə deyib.
Şahmatçı yarışın maraqlı keçdiyini vurğulayıb:
"Yarış çox maraqlı keçdi. İlk dəfə idi belə formatda oynayırdıq. Uduzan çempionatı tərk edirdi. Hər bir şahmatçı ən yaxşı oyununu göstərməyə çalışdı. Mənim üçün də kifayət qədər maraqlı və çətin oldu. Hər oyun digərindən maraqlı idi. Xüsusən də tay breklər. Şadam ki çempionatı qələbə ilə başa vurdum".
"Yarış asan deyildi, çünki illər boyu birlikdə yarışlarda çıxış etdiyiniz komanda yoldaşlarınıza qarşı oynayırsız. Bu oyundur, hər kəs əlindən gələni edir. Mən də özümə inanırdım"
Qeyd edək ki, qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Milan" mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. BAKU.WS xəbər verir ki, "Milan" evdə "Feyenoord"u qəbul edib. Qarşılaşma 1:1 hes...
