Azərbaycan boksçuları beynəlxalq turniri beş medalla başa vurdular
28
may
2026
23:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, milli komandamız məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışı bir qızıl, bir gümüş və üç bürünc medalla başa vurub.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olublar.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...