Azərbaycan boksçuları beynəlxalq turnirdə 8 medal qazanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
BAKU.WS Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları qüvvələrini sınayıblar.
Turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yığmamızın heyətində Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Onlardan fərqli olaraq finalda məğlub olan Tural Sarıyev (50 kq) ikinci yeri tutub.
Digər boksçularımızdan Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər.
Təmsilçilərimizdən çempion tituluna yiyələnən Zaur Qəhrəmanov daha bir nominasiyada mükafatlandırılıb. Astara boks məktəbinin yetirməsi turnirin ən texnikalı boksçusu seçilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Qran-pridə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb
Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib. BAKU.WS xəbər verir ki, yan...