Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb
Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb.
BAKU.WS xəbər verir ki, 36 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Hər gözəl hekayənin sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolum başa çatdı. Şərəflə daşıdığım, bütün varlığımı ona həsr etdiyim bu formanı böyük qürur və minnətdarlıqla iki mövsümdən sonra təhvil verirəm. İki il ərzində birlikdə sevindik, çətin günlərdən keçdik, unudulmaz xatirələr topladıq və ömürlük dostlar qazandıq. Bu ailənin bir hissəsi olmaq mənim üçün həmişə qürur mənbəyi olacaq", - A.Həmzəyev vurğulayıb.
O, "Neftçi"nin rəhbərliyinə, komanda yoldaşlarına, məşqçilərə, klubun əməkdaşlarına və azarkeşlərinə minnətdarlığını bildirib:
"Sizin dəstəyiniz, inamınız və sevginiz mənim üçün həmişə əvəzsiz olub. "Neftçi" mənim üçün sadəcə klub deyil – bu, həyatımın ən əziz xatirələrinin yazıldığı xüsusi bir yerdir. Bu klub qəlbimdə həmişəlik xüsusi yer tutacaq".
Oxşar xəbərlər
Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib
DÇ-2026-nın 1/4 finalının İspaniya - Belçika matçı (2:1) Tibo Kurtua üçün əlamətdar olub. BAKU.WS report-a istinadən xəbər verir ki, 34 yaşlı belçikalı qapıçı m...