Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib.
BAKU.WS xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtın sonunda NTD üzərində 102:97 hesablı qələbə qazanıb.
Bu qələbə ilə "Neftçi" seriyanın ümumi hesabında NTD-yə 2:1 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib.
Yarımfinalda "Neftçi"nin rəqibi "Şəki" klubuna seriyanin ümumi hesabında 0:2 hesabı ilə qalib gələn "Abşeron Lions" basketbolçuları olub.
Günün ikinci görüşündə "Ordu" və "Gəncə" klubları qarşılaşıblar. Oyun "Gəncə" nin 88:78 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Gəncə" seriyanın ümumi hesabında rəqibinə 2:1 qalib gəlib və yarımfinalda "Naxçıvan"ı seriyanın ümumi hesabında 0:2 məğlub edən son çempion "Sabah" a rəqib olub.
Qeyd edək ki, yarımfinal pley-off seriyalarında ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən seriyalarda ən tez iki qələbə qazanmış klublar finala vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm"
Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi ölkədə bu idman növünün inkişafına tam əmindir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Voleyb...