III MDB Oyunlar: Azərbaycanın daha iki qılıncoynadanı bürünc medalı təmin edibər

Azərbaycanın daha iki qılıncoynadanı III MDB Oyunlarında bürünc medalı özləri üçün təmin ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinala yüksəlməklə bu uğura imza atıblar.
Qeyd edək ki, onlar qılıncoynatmanın sablya növündə mübarizə aparırlar.
***12:11
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.
***11:40
Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, badmintonçu rusiyalı Marina Tarasova ilə qarşılaşıb.
Qəbələ Olimpiya İdman Kompleksində baş tutan görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 2:0.
Qeyd edək ki, badminton yarışlarına bu gün yekun vurulacaq. Daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıb. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.
Oxşar xəbərlər
DÇ-2026: Azərbaycanın futbol üzrə millisinin heyəti açıqlanıb
Azərbaycanın futbol üzrə milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq. Bu barədə BAKU.WS-ə AFFA-dan bildirilib. Milli oktyabrın 8...
