Azərbaycan atleti Serbiyada qızıl medal qazanıb
15
fev
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
BAKU.WS Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı üç təkanla tullanmada 16.30 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Qeyd edək ki, yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur. Balkan çempionatında 9 ölkədən 12 atlet iştirak edib.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. BAKU.WS xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş...