Azərbaycan atıcıları mükafatlandırılıblar - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında medal qazanan Azərbaycan atletləri mükafatlandırılıblar.
BAKU.WS xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə birinci yer tutan Nigar Nəsirovaya qızıl, ikinci yerin sahibi olan Nərminə Səmədovaya isə gümüş mükafat təqdim edilib.
Fəxri kürsünün üçüncü pilləsinə qalxan monqolustanlı Xişiqderger Enxbat isə bürünc medal alıb.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.
***12:46
Bakıda keçirilən atıcılıq zrə 53-cü dünya çempionatı davam edir.
BAKU.WS oxu.az-a istunadən xəbər verir ki, bu gün 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə kişi və qadınların yarışı keçirilib.
Gün azərbaycanlı idmançılar üçün uğurlu başlayıb.
Yekun nəticələrə görə, Nigar Nəsirova qızıl medal qazanıb. Nərminə Səmədova gümüş medalın sevincini yaşayıb. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.
Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Sloveniya atleti Joze Çeper bürünc medala yiyələnib.
Bu yarışın kişilərin komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...