Azərbaycan ağırlıqqaldıranı Yunanıstandakı Avropa çempionatında 3 medal qazanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatında 3 medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı atlet Avropa birinciliyində üç qızıl medal qazanıb
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı üç qızıl medal qa...