"Ayaks"ın futbolçusu: "Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır.
"Report" xəbər verir ki, bunu Niderlandın "Ayaks" komandasının futbolçusu Françesko Daniele Ruqani "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
Müdadiəçi sabah çətin oyuna çıxacaqlarını bildirib:
"Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır. Baş məşqçimizin də bildirdiyi kimi rəqib barədə kifayət qədər məlumat toplamışıq. Təbii ki, qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...