Avropa Liqası: "Tottenhem" 1-ci, "Qalatasaray 5-ci, "Qarabağ" isə 22-ci yeri tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək oyunlardan sonra klubların sıralanması simulyasiya edilib.
BAKU.WS xəbər verir ki, Football Meets Data-nın yayımladığı sıralamada Ağdamın "Qarabağ" klubu 22-ci yeri tutub. Simulyasiya görə, ilk 8 oyundan sonra İngiltərənin "Tottenhem Hotspur" klubu 49 faizlə ilk yeri tutub. İngiltərənin daha bir nəhəng klubu "Mançester Yunayted "45 faizlə 2-ci sırada yer alıb. İtaliyanın "Roma" klubu 44 faiz toplamaqla 3-cü, İspaniyanın "Atletik" kollektivi isə 43 faizlə 4-cü pillədə qərarlaşıb.
Türkiyənin "Qalatasaray" klubu simulyasiyaya görə, 41 xalla beşliyi qapadıb.
Siyahının 22-ci pilləsində yer alan "Qarabağ" Türkiyənin "Beşiktaş", İsrailin "Makkabi" (Təl-Əviv), Şotlandiyanın "Reyncers", Hollandiyanın "Tvente", AZ "Alkmar", Ukraynanın "Dinamo" Kiyev və Macarıstanın "Ferentsvaroş" klublarını geridə qoyub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...