Avropa Liqası: "Qarabağ"ın futbolçusunun qolu həftənin ən yaxşısı seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.
Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.
Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.//Report.az
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...