Avropa Liqası: “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununu keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.
“Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.
UEFA Avropa LiqasıPley-off mərhələsi, ilk oyun24 avqust22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)Baş hakim: Georgi KabakovLyublyana. “Stojitse” stadionu
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...