Avropa Liqası: Bu gün "Qarabağ"ın qrupdakı rəqibləri bəlli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşəcək. "Köhlən atlar" püşkatmaya 2-ci səbətdən qatılacaq.
1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)
2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)
3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)
4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ"ın 11 potensial rəqibi dəqiqləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib. BAKU.WS report-a istinadən xəbər verir ki, "köhlən atlar" avqustu...