Avropa futbolunda ilin ən bahalı 10 transferi - İlk üç yerdə "Qarabağ"ın rəqibidir
Avropa futbolunda bu yay reallaşan ən bahalı transferlərin siyahısı bəlli olub.
BAKU.WS məşhur Transfermarkt portalına istinadən xəbər verir ki, ilk üç pilləni "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Liverpul"un etdiyi möhtəşəm alışlar tutub.
Siyahı belədir:
Aleksander İsak ("Nyukasl Yunayted"dən – 144 milyon avro),
Florian Virts ("Bayer"dən – 125 milyon avro),
Hyugo Ekitike ("Ayntraxt"dan – 95 milyon avro).
Nik Voltemade ("Ştutqart"dan "Nyukasl Yunayted"ə – 85 milyon avro),
Binyamin Şeşko ("RB Leyptsiq"dən "Mançester Yunayted"ə – 76,5 milyon avro),
Viktor Osimhen ("Napoli"dən "Qalatasaray"a – 75 milyon avro),
Brayan Mbemo ("Brentford"dan "Mançester Yunayted"ə – 75 milyon avro),
Mateus Kunha ("Vulverhempton"dan "Mançester Yunayted"ə – 74,2 milyon avro),
Luis Dias ("Liverpul"dan "Bavariya"ya – 70 milyon avro),
Martin Subimendi ("Real Sosyedad"dan "Arsenal"a – 70 milyon avro).
Oxşar xəbərlər
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/2027 mövsümünə heç-heçə ilə start verib. BAKU.W...