Avropa çempionatı: Üç güləşçimiz 1/4 finala yüksəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın 97 kq-dakı təmsilçisi Maqomedxan Maqomedov 1/8 finalda Benjamin Honis (İtaliya) ilə qarşılaşıb. O, rəqibini tam üstünlüklə - 12:2 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.
79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavi (UWW) ilə üz-üzə gəlib. Onun görüşü sonadək davam edib. Əmiraslanov rəqibini 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala adlayıb.
Xatırladaq ki, daha əvvəl Hacı Əliyev 1/4 finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...