Avropa çempionatı: Südabə Ağayeva ikinci qələbəsini qazanıb
Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı bu dəfə Böyük Britaniya təmsilçisi Kelli Petersendən üstün olub.
***11:11
Azərbaycanın daha bir cüdoçusu Ömər Rəcəbli (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı 1/16 finalda Abdul-Kerim Tasuyevlə (Rusiya) üz-üzə gəlib.
Rəqibini məğlub edən Ö. Rəcəbli 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.
***11:04
Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı 1/16 finalda Nase Herkoviçlə (Sloveniya) üz-üzə gəlib.
Rəqibini məğlub edən Z. Tçkayev növbəti raunda yüksəlib.
Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.
***10:49
Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.
Rəqibini məğlub edən S.Ağayevə növbəti raunda vəsiqə qazanıb.
Bu gün Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) də tatamiyə çıxacaq.
Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur.
Oxşar xəbərlər
Dünənki oyundan sonra nazirdən "Neftçi" ilə bağlı maraqlı PAYLAŞIM
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir...