AVRO-2024-ün açılış oyunundan əvvəl Bekkenbauerin xatirəsi yad olunacaq
Almaniyada keçiriləcək Avropa çempionatının açılış matçından əvvəl əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi yad olunacaq.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi ölkə ilə Şotlandiya arasında baş tutacaq ilk oyundan öncə Almaniya milli komandasının sabiq kapitanları Yurqen Klinsmann və Bernard Dits yarışın kubokunu meydana gətirəcəklər.
Mərasimdə AVRO-1972-də yığmanın kapitanı olmuş Bekkenbauerin həyat yoldaşı Haydi iştirak edəcək.
Qeyd edək ki, F.Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və dünya çempionu olub.
Oxşar xəbərlər
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox oyun keçirmiş şəxslər açıqlanıb - FOTO
Dünya çempionatlarının final mərhələlərində futbolçu və məşqçi kimi ən çox oyun keçirən şəxslər açıqlanıb. "Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları F...