AVRO-2024: İspaniya ilk finalçı olub - YENİLƏNİB - 4 - VİDEO

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.
Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.
Görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo imza atıb.
Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçından sonra aydınlıq gələcək.
***23:23
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.
Münhendəki “Alyans Arena"da ispanlar hesabda önə çıxıb - 2:1.
Fransa yığmasının heyətində 25-ci dəqiqədə Jül Kunde avtoqol müəllifi olub.
***23:09
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.
Münhendəki “Alyans Arena"da fransızlar hesabda önə çıxıb.
9-cu dəqiqədə Kolo Muani adını tabloya yazdırıb.
***23:00Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.
Qarşılaşma Münhendəki “Alyans Arena"da keçirilir.
Görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edir.
Oxşar xəbərlər
AVRO-2024: İspaniya ilk yarımfinalçı olub - YENİLƏNİB
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb. Ştutqartdakı "MHP Arena...
