AVRO-2024 qabağı Fransa millisində ciddi itki

AVRO-2024 qabağı Fransa millisində ciddi itki
İdman 188

PSJ-nin fransalı müdafiəçisi Lukas Ernandes zədəsi səbəbindən AVRO-2024-də oynaya bilməyəcək.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

PSJ klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında Dortmund "Borussiya"sına 1:0 hesabı ilə uduzduğu matçda zədələnən Hernandezin sol dizinin ön çarpaz bağlarının qopduğunu açıqlayıb.

Yaxın günlərdə əməliyyat olunacaq 28 yaşlı müdafiəçi 14 iyun-14 iyul tarixlərində Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) oynaya bilməyəcək.

Karyerası boyunca 37 dəfə Fransa millisində çıxış edən Ernandes bu mövsüm PSJ-nin heyətində 41 oyuna çıxıb və 1 qol vurub.

AVRO-2024 qabağı Fransa millisində ciddi itki

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər