AVRO-2024: Millimiz bu gün Belçika yığmasını qəbul edəcək

AVRO-2024: Millimiz bu gün Belçika yığmasını qəbul edəcək
İdman 0

Bu gün Azərbaycan futbol millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

BAKU.WS xəbər verir ki, yığmamız V turda Belçika ilə üz-üzə gələcək.

Saat 17:00-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Nenad Minakoviçdir. (Serbiya)

Qeyd edək ki, Canni De Byazinin kollektivi ilk üç oyununda aktivinə cəmi 1 xal yazdıra bilib. Rəqib Belçika millisi isə hazırda FİFA reytinqində 5-ci pillədə qərarlaşır.

Xal durumu: Avstriya - 10, Belçika - 7, İsveç - 3, Estoniya - 1, Azərbaycan - 1.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər