AVRO-2020: İtaliya Belçikaya qalib gəlib - VİDEO/ YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya yığması Belçika millisinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
***
İtaliya 44-cü dəqiqədə Lorentso İnsinye ilə ikinci qolu vurdu.
BAKU.WS xəbər verir ki, 45+1-ci dəqiqədə isə Romelu Lukaku penaltidən fərqi birə endirdi. İtaliya 2:1 qalib gəlir.
***
23:51
Almaniyanın Münxen şəhərində AVRO-2020-nin 1/4 final mərhələsinin ikinci görüşü olan Belçika – İtaliya matçı start götürüb.
13-cü dəqiqədə Leonardo Bonuççi qol vursa da, top oyundankənar vəziyyətdə olan Federiko Kyezaya dəydiyi üçün hesaba alınmadı.
İtaliya 31-ci dəqiqədə Nikolo Barella ilə hesabı açdı. Bu dəfə qol qeydə alındı. İtaliya Belçikaya 1:0 qalib gəlir.
Qeyd edək ki, bu cütün qalibi yarımfinalda İspaniya ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...