AVRO-2020: İspaniya yarımfinalda - VİDEO/ YENİLƏNİB

AVRO-2020: İspaniya yarımfinalda - VİDEO/ YENİLƏNİB
Video
İdman 274

İsveçrənin ardıcıl ikinci matçda penaltilərlə daha bir dünya çempionunu məğlub etməsi mümkün olmadı.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, qapıçıların daha yaxşı çıxış etdiyi penaltilər seriyasında İspaniya 3:1 qalib gəldi. Bununla da İsveçrə evə gedəcək. İspaniya isə iyulun 6-da Belçika – İtaliya cütünün qalibi ilə qarşılaşacaq.

***

22:18

İsveçrə-İspaniya oyununda 90 dəqiqə 1:1 hesabı ilə başa çatdığından, əlavə 30 dəqiqə oynanılmağa başlanıb.

İsveçrənin bərabərlik qolunun məhsuldar ötürməsini vermiş Remo Froyley 77-ci dəqiqədə qırmızı vərəqə aldı. İndi İsveçrə 10 nəfərlə mübarizə aparmalı olacaq.

***

20:15

AVRO-2020-nin 1/4 final mərhələsinin ilk oyunu olan İsveçrə – İspaniya matçı start götürdü.

İspaniya millisi 8-ci dəqiqədə hesabı açdı. Müdafiəçi Xordi Alba hesabı açan futbolçudur.

İsveçrə (3-4-2-1): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Froyler, Zakariya, Vidmer, Embolo, Şakiri (kapitan), Seferoviç

İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Pau Tores, Laport, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Morata, Feran Tores

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər