AVRO-2020: Portuqaliyadan qələbə, Ronaldodan isə rekord
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO-2020-nin qrup mərhələsində Macarıstanla ilk oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.
BAKU.WS "Apasport"a istinadən xəbər verir ki, komandasının qələbəsi (3:0) 36 yaşlı forvardın daha bir rekordu ələ keçirməsinə səbəb olub.
Bununla superulduz Avropa çempionatları tarixində ən çox qələbə qazanan futbolçuya çevrilib. O, AVRO-2008 və AVRO-2012-də çempion olan İspaniyanın heyətində yer alan Sesk Fabreqasla Andres İnyestanın 11 oyunluq qələbə rekordunu qırmağı bacarıb.
Qeyd edək ki, Kriştiano Ronaldo 5-ci Avropa çempionatında meydana çıxmaqla da rekorda imza atıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...