AVRO-2020: Danimarka yığması Uelsi darmadağın edərək Bakıya gəlir - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarka millisi son Avropa çempionatının yarımfinalçısı Uelsi 4:0 hesabı ilə darmadağın edərək Bakıda keçiriləcək 1/4 final qarşılaşmasında oynamaq hüququ qazanıb. Oyun iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Danimarka millisinin rəqibi sabah keçiriləcək Niderland – Çexiya oyunundan sonra bilinəcək.
***21:11
Danimarka yığması qarşılaşmada ikinci qolunu vurub. Kasper Dolberq dubl edərək Dnimarka yığmasını 1/4 final mərhələsinə bir qədər də yaxınlaşdırıb.
***20:31
Danimarka millisi 27-ci dəqiqədə hesabı açdı. Kasper Dolberq qol vuran futbolçudur.
***20:11
Bu gün futbol üzrə Avropa çempionatında pley-off mərhələsinin ilk qalibləri müəyyənləşir.
BAKU.WS-in məlumatına görə, günün ilk qarşılaşmasında Uels yığması ilə Danimarka millisi qarşılaşır.
Hələ ki, oyunda hesab açılmayıb.
Oxşar xəbərlər
AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda - YENİLƏNİB - 5
Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizəyə yekun vurulub. Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş “ay-ulduzl...