“Aston Martin”in rəhbəri: “Azərbaycan Qran-prisində maraqlı şou olacaq”

“Azərbaycan Qran-prisində maraqlı həftəsonu şousu olacaq”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Aston Martin” komandasının rəhbəri Mayk Krak mövsümün dördüncü mərhələsi barədə danışarkən deyib.
O bildirib ki, mövsümdə ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının riski böyükdür:
“Çünki bolidiniz ciddi zərbə alsa, təmir etmək üçün kifayət qədər vaxtınız olmayacaq. Sprintin ertəsi günü əsas yarış olacağından, təmirə cəmi 3-4 saat ayrılacaq. Ancaq yenə də vəziyyət hamı üçün eynidir. Bakıda rəqibi ötmək o qədər də çətin deyil. Döngələrdə risk etsəniz, daha yüksək qəza riski yaranar”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək. Ayın 29-da sprint yarışı təşkil olunacaq.
Oxşar xəbərlər
"Formula 1": Yeni mövsümün ilkin təqvimi AÇIQLANDI
"Formula 1" üzrə 2023-cü il dünya çempionatının ilkin təqvimi açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqvimdə 24 Qran-pri yer alıb. Mövsüm martı...
