Arda Gülər “Real Madrid”də ilk məşqinə çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsüm hazırlıqlarına başlayan “Real Madrid”də yeni transfer Arda Gülər məzuniyyətdə olsa da, tətilini ləğv edərək düşərgəyə qatılıb və ilk məşqinə çıxıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, karyerası uğurlarla dolu olan məşqçi Karlo Ançelotti Türkiyə millisinin futbolçusunu yaxından izləyib.
Ardanın sözügedən məşqə ilk gələn oyunçu olduğu da iddia edilib.
Məlumata görə, məşqdə havanın temperaturu futbolçuların işini xeyli çətinləşdirib.
Bundan başqa, “Real Madrid” gələn həftə ABŞ-yə yollanacaq. “Bənövşəyi-ağlar” burada “Milan”, “Barselona”, “Mançester Yunayted” və “Yuventus”la qarşılaşacaq.
Qalereya
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...