"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq
Azərbaycanın iki klubu - "Sabah" və "Araz-Naxçıvan" ilk bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Araz-Naxçıvan" Bakıda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək.
"Dalğa Arena"da baş tutacaq və rumıniyalı FIFA referisi Andrey Kivuletenin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.
"Sabah" isə səfərdə Moldova təmsilçisi "Petrokub"un qonağı olacaq. Qarşılaşma Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü israilli referi Qal Leyboviç idarə edəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan)
Baş hakim: Andrey Kivulete (Rumıniya).
Bakı, "Dalğa Arena"
21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan)
Baş hakim: Qal Leyboviç (İsrail).
Kişineu, "Zimbru" stadionu
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 31-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi müəyyənləşib. İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində...