"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçını keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün sonuncu matçını keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Ljuti Krajişniçi" klubu ilə üz üzə gələcək.
Qarşılaşma Linz şəhərindəki NMS İdman Sarayında, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Görüşü Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Aleksandar Vangelov (Bolqarıstan) idarə edəcəklər.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...