Ançelotti məşhur fotosunu təkrarladı - FOTO
İtaliyalı mütəxəssis Karlo Ançelotti "Real Madrid"in qalibiyyət paradında futbolçuları ilə günəş eynəyi taxaraq ağzında siqarla şəkil çəkdirib.
BAKU.WS-in xəbərinə görə, şəkil "kral klubu"nun üstü açıq avtobusu Madriddən keçərkən çəkilib.
Xatırladaq ki, 2022-ci ildə Madrid klubu çempion olduqdan sonra da oxşar foto çəkilmişdi.
İspaniya nəhəngi vaxtından əvvəl çempionluq qazanıb. Bu, La Liqanın 34-cü turunun mayın 4-də baş tutan "Kadis"lə oyunundan (3:0), eləcə də "Barselona"nın "Jirona" ilə oyunda (2:4) həmin turda məğlub olmasından sonra baş verib.
Hazırda 35 turdan sonra Madrid klubu 90 xal toplayıb.
Bu kubok "Real Madrid"in 36-cı çempionluğu oldu.
Oxşar xəbərlər
"Real" 36-cı dəfə İspaniya çempionu olub
"Real" İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi olub. BAKU.WS xəbər verir ki, Karlo Ançelottinin yetirmələri doğma meydanda "Kadis" klubuna 3 cavabsız...