Amerikalı boksçunun Dünya çempionu titulu əlindən alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı boksçu Sebastyan Fundora Ümumdünya Boks Təşkilatı (WBO) versiyası üzrə birinci yarımorta çəki dərəcəsində dünya çempionu titulunu itirib.
Bu barədə WBO-nun prezidenti Qustavo Olivieri sosial şəbəkədə yazıb.
O qeyd edib ki, WBO Çempionluq Komitəsi yekdilliklə Fundoranın tituldan məhrum edilməsi barədə səs verib. Qərar dərhal qüvvəyə minib və titul hazırda vakantdır.
Xatırladaq ki, Fundora bu titulu 2024-cü il martın 31-də məşhur boksçu Kosti Tsyunun oğlu Tim Tsyuya qarşı hakimlərin mübahisəli qərarı ilə qalib gələrək qazanmışdı. 2025-ci ilin martında isə o, həmyerlisi Kordel Bukeri 4-cü raundda nokauta salaraq ilk dəfə titulu uğurla müdafiə etmişdi.
Hazırda 27 yaşlı Fundoranın peşəkar karyerasında 22 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə var. O, WBO titulunu itirsə də, hələ də WBC versiyası üzrə dünya çempionu tituluna sahibdir. Yayda isə onun Tim Tsyu ilə revanş döyüşünə çıxması gözlənilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...