Alvaro Morata Dünya Kubokuna çağırılmamasından danışıb - "Belə olmalı idi"
İspaniya millisinin heyətinə 2026-cı il dünya çempionatı üçün dəvət almayan Alvaro Morata bu qərara münasibət bildirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hazırda "Komo" klubunda çıxış edən 33 yaşlı hücumçu mundiala aparılmamasını anlayışla qarşıladığını deyib.
"Mən başa düşürəm ki, belə olmalı idi. Dünya çempionatı üçün milli komandanın heyətində yer almağa layiq deyildim. Bəli, bu, mundialda oynamaq üçün son şansım idi və İspaniyanın turniri qazanmaq potensialı var. Amma həyat belədir. Əlbəttə, mən də komandada olmaq istəyərdim. Buna baxmayaraq, yığmanı dəstəkləyəcəyəm", - deyə Morata bildirib.
Təcrübəli futbolçu milli komandada keçirdiyi çətin dönəmlərə də toxunub:
"Yığmada çox çətin günlər yaşamışam. Amma eyni zamanda futbolu ən çox sevməyimin səbəblərindən biri də məhz milli komandadır. Yığma forma geyinmək oyundan aldığın zövqün mükafatıdır. Mən yenidən futboldan həzz almağa başlamalıyam və ümid edirəm ki, bir gün milli komandaya qayıda biləcəyəm".
Qeyd edək ki, Alvaro Morata 2026-cı il dünya çempionatı üçün İspaniya millisinin yekun heyətinə daxil edilməyib.
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub
"Sabah"ın və Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev əməliyyat olunub. BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu arxa bud əzələlərini...