Almeyda "Qarabağ"la vidalaşarkən göz yaşlarını saxlaya bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" FK-dan ayrılan Riçard Almeyda komanda ilə vidalaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri klub rəsmi sosial şəbəkə hesablarında paylaşıb.
Görüntülərdən aydln olur ki, braziliyalı futbolçu komanda yoldaşları ilə vidalaşarkən göz yaşlarına hakim ola bilməyib.
Xatırladaq ki, yarımmüdafiəçi 2012-2018, 2019 və 2021-2025-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib. Bu müddətdə 376 oyuna 64 qol vuran Almeyda, Azərbaycan Premyer Liqasında 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda isə 91 (8 qol) matça çıxıb.
9 qat Azərbaycan çempionu və 5 dəfə ölkə kubokunun qalibi olan 35 yaşlı futbolçu, 2017-2023-cü illər aralığında Azərbaycan millisində də forma geyinib və 31 oyunda 3 qol vurub.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...