Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO

Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO
Foto
İdman 177

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

BAKU.WS Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib.

Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb. Titullu güləşçimiz gürcü rəqibinə də tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb.

Həlledici görüşdə Moldova idmançısına da heç bir şans tanımayan Bayramov yarış boyunca rəqiblərinə 1 xal verməyərək Avropa çempionu olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər