Almaniya Rusiyanı bütün beynəlxalq yarışlardan məhrum etdi

Almaniya Rusiyanı bütün beynəlxalq yarışlardan məhrum etdi
İdman 48

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakına icazə versə də, Almaniya onları öz ərazisinə buraxmayacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə Almaniyanın "ntv" nəşri ölkənin daxili işlər naziri Nensi Fayzerin sözlərinə istinadən yazır.

"Böyük idman yarışlarına ev sahibliyi edən ölkələr gücsüz deyil. Onlar rusların həqiqətən viza verməklə yarışlarda iştirak edib-etməməsinə nəzarət edə bilərlər. Əgər Almaniyada beynəlxalq yarışlar təşkil etsək, buna uyğun hərəkət edə bilərik", - nazir qeyd edib.

Onun sözlərinə görə, rusiyalıların beynəlxalq yarışlara buraxılması ukraynalı idmançıların üzünə vurulan şillə olacaq:

"Müharibəni qızışdıran Putinə təbliğat səhnəsi təklif etmək idmanın bütün dəyərlərinə xəyanət etməkdir", – nazir deyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər