Almaniya millisinin sabiq üzvü Mesut Özil Azərbaycana gələcək
09
okt
2024
11:26
"Arsenal", "Real Madrid", "Fənərbağça" kimi klublarda oynamış dünyaca məşhur futbolçu Mesut Özil "Qarabağ" tərəfindən Azərbaycana dəvət olunub.
BAKU.WS xəbər verir ki, dünya çempionu oktyabrın 11-də "Qarabağ"ın qonağı olacaq.
Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.
Qeyd edək ki, karyerası ərzində "Şalke", "Verder", "Real", "Arsenal", "Fənərbağça" və "Başakşəhər"də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub.
Oxşar xəbərlər
Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb. BAKU.WS xəbər verir ki, Ömər Rəcəbli (8...