Almaniya klubu "Qarabağ"la oyunlar üçün 6 hücumçu sifariş edib
Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək Almaniya "Frayburq"u iştirak ərizəsini UEFA-ya göndərib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Frayburq təmsilçisinin baş məşqçisi Kristian Ştrayx siyahıya 24 futbolçunun adını daxil edib.
Onlardan 2-si qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
Qapıçılar: 1. Benyamin Uphoff, 26. Mark Flekken (Niderland)
Müdafiəçilər: 2. Uqo Sike (Belçika), 3. Filip Linhardt (Avstriya), 5. Manuel Qulde, 17. Lukas Kübler, 28. Mattias Ginter, 30. Kristian Günter, 31. Keven Şlotterbek, 60. Endi Xoti (İsveçrə)
Yarımmüdafiəçilər: 7. Jonatan Şmid (Fransa), 8. Maksimilian Eggeştayn, 14. Yannik Kaytel, 27. Nikolas Höfler, 29. Çon U Yon (Cənubi Koreya), 32. Vinçentso Qrifo (İtaliya), 34. Merlin Röl, 42. Ritsu Doan (Yaponiya)
Hücumçular: 9. Lukas Höler, 11. Daniel-Kofi Köreh, 18. Nils Petersen, 22. Roland Şallai (Macarıstan), 38. Mixael Qreqoriç (Avstriya), 39. Vinsent Vermey (Niderland)
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. "Europe Park" stadionunda təşkil olunacaq G qrupunun I tur oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Oxşar xəbərlər
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, İrlandiya və Portuqaliya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb. BAKU.W...