Ali Koçdan futbolçulara İstanbul qadağası
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça" klubunun baş məşqçisi Jorge Jesus bazar günü keçiriləcək prezident və parlament seçkiləri səbəbindən matçlar olmadığı üçün futbolçulara 3 gün istirahət verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Ali Koç futbolçuların İstanbuldan çıxmasına qadağa qoyub.
Portuqaliyalı mütəxəsislə görüşdə Ali Koç, "Liqanı qazanmaq şansımız azalsa da, Türkiyə Kubokunu qazanacağıq", - deyə bildirib.
Daha sonra Koç bütün komandaya İstanbulu tərk etməyi qadağan edib.
O, bu qərarının dedikləri ilə əlaqəsi olmadığını bildirib.
Beləliklə, "Fənərbaxça" futbolçuları 3 günlük məzuniyyət müddətində İstanbulu tərk edə bilməyəcək.
Xaricdə istirahəti üçün rezervasiya edən oyunçular planlarını ləğv etməli olublar.
Oxşar xəbərlər
Hansı baş məşqçi komandasını çempion edə biləcək? - "CimBom"
Dünən axşam "Beşiktaş"ın "Qalatasaray"ı məğlub etməsindən sonra Super Liqada çempionluq mübarizəsi daha da gərginləşib. BAKU.WS xəbər verir ki, hazırda 30 oyund...