Ağır qəzaya düşən "Vest Hem"in forvardının futbola qayıdacağı tarix bilinib

"Vest Hem"in hücumçusu Mixail Antonio dəhşətli avtomobil qəzası keçirdikdən sonra ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Daha əvvəl İngiltərə klubu forvardın şənbə günü, dekabrın 7-də yol qəzası nəticəsində aşağı ətrafının sınığı səbəbindən əməliyyat olunduğunu bildirmişdi.
Mətbuat xidməti forvardın yaxın günlərdə həkim nəzarətində olacağını da yazıb. Klub, lazım gələrsə, əlavə məlumat verəcəyini söylədi, həmçinin qəzadan sonra hücumçunu xilas etməkdə göstərdikləri komanda işinə görə təcili yardım xidmətlərinə təşəkkür etdi.
34 yaşlı yamaykalı hücumçu Mixail Antonio bu mövsüm Premyer Liqada "Vest Hem"in heyətində 14 oyun keçirib və 1 qol vurub.

Oxşar xəbərlər
Premyer Liqada XXXII tura Tovuzda start veriləcək
Futbol üzrə Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək. BAKU.WS xəbər verir ki, günün yeganə matçı Tovuzda baş tutacaq. "Turan Tovuz" doğma azark...