Ağabala Ramazanovun yeni klubu bəlli olub

Ağabala Ramazanovun yeni klubu bəlli olub
İdman 853

"Səbail" klubu futbolçusu Ağabala Ramazanovla yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, 26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, karyerasını "Zirə"də davam etdirəcək. Onunla bu gün 1,5 illik müqavilə bağlanılacaq.

Qeyd edək ki, Ramazanov 2018-ci ilin yayında formasını geyindiyi "Səbail"in heyətində çıxdığı 40 rəsmi oyunda 14 qol vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər